13:27
1 036
Ötən həftəsonu ABŞ və İran arasında münaqişənin növbəti dəfə gərginləşməsi fonunda daşıyıcıların narahatlığı səbəbindən kommersiya gəmiləri Hörmüz boğazından daha az keçib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi dəniz daşımalarını izləyən servislərin məlumatlarına istinadən yazır.
Məlumata əsasən, bazar günü hər iki istiqamətdə boğazı 12 gəmi keçib. Bu, tankerlərdən birinə hücumun baş verdiyi şənbə günü ilə müqayisədə iki dəfədən də azdır — həmin gün kommersiya gəmiləri bu su arteriyasını 28 dəfə keçmişdi. Son gərginləşmədən əvvəl, iyunun 24-də isə boğazdan 58 gəmi keçmişdi ki, bu da fevralın sonunda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından bəri ən yüksək göstəricidir.
Agentliyin məlumatına görə, yaxın gələcəkdə boğazda gəmiçiliyin perspektivləri ilə bağlı gəmi sahibləri arasında fərqli fikirlər hökm sürür. Dəniz dəhlizinə doğru hərəkət edən bəzi gəmilər oradan keçməyə risk etməyiblər. Agentliyin rəyini öyrəndiyi gəmi sahibləri boğaz vasitəsilə daşıma planlarını hələlik dayandırdıqlarını bildiriblər.
Məryəm Quliyeva