ÜST: Koronavirusun yeni "PJ.2.1" ştamının yayılma riski artır
31 Oktyabr 15:21
31 Oktyabr 15:21
31 Oktyabr 15:11
31 Oktyabr 13:01
30 İyun 09:52
3 241
Avropa İttifaqının əsas hədəfi NATO-nun funksiyalarını təkrarlamadan müdafiə imkanlarını gücləndirməkdir.
Xalqcebhesi.az xəbər verir ki, bunu Avropa ittifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib.
O bildirib ki, Brüssel paralel strukturların yaradılmasından qaçmaq üçün NATO ilə daim sıx qarşılıqlı əlaqə saxlayır.
Bununla belə, Kallas ümumi Avropa ordusunun yaradılması ideyasını rədd edib. Onun sözlərinə görə, hər bir Aİ ölkəsinin NATO-nun tərkib hissəsi olan öz silahlı qüvvələri var.
Aİ rəhbəri iddia edir ki, Avropa İttifaqı üçün prioritet müdafiəyə investisiyaların artırılması, müdafiə sənayesinin inkişafı və hərbi məhsulların birgə satın alınması olmalıdır ki, bu da qitəni gücləndirməyə imkan verəcək. Kallas Avropa müdafiəsinin gücləndirilməsinin NATO-nu əvəz etmək deyil, onu tamamlamalı olduğunu vurğulayıb.
Məryəm Quliyeva
31 Oktyabr 15:21
1 155
31 Oktyabr 15:11
1 127
31 Oktyabr 13:51
1 099