16:06
1 029
İran Silahlı Qüvvələri Bəhreyn sahillərində olan bir neçə Amerika hərbi gəmisinə qanadlı raketlərlə hücum edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Dövlət Televiziyası məlumat yayıb.
"İran qüvvələri Bəhreyn sahillərində yerləşən ABŞ gəmilərinə qanadlı raketlərlə atəş açıb", — deyə televiziya İran ordusunun nümayəndəsinə istinadən xəbər verib.
Hücuma məruz qalanlar arasında ABŞ hərbi esminesinin də olduğu bildirilir. Amerikanın hərbi gəmilərinə dəymiş mümkün ziyan barədə məlumat yoxdur.
Məryəm Quliyeva