13:59
973
Avropa İttifaqı "VKontakte", "Odnoklassniki" sosial şəbəkələrinin və bir sıra digər yerli rəqəmsal xidmətlərin məxsus olduğu Rusiyanın "VK" şirkətini sanksiya siyahısına daxil edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Aİ Şurasının Avropa İttifaqının "Rəsmi Jurnalı"nda dərc olunmuş qərarında deyilir.
Aİ Şurası sanksiyaların tətbiq edilməsinin əsası kimi "VK"nın "Maks" milli messencerinin tərtibatçısı qismində çıxış edən "Kommunikasiya platforması" MMC-nin ana şirkəti olmasını göstərib.
Məryəm Quliyeva