SEPAH: ABŞ-nin İordaniyadakı hərbi aviabazasına raket zərbələri endirilib Gündəm

SEPAH: ABŞ-nin İordaniyadakı hərbi aviabazasına raket zərbələri endirilib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) ABŞ-nin İordaniyadakı hərbi aviabazasına zərbələr endirdiyini iddia edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

"İslam İnqilabı Keşikçiləri Korpusu İordaniya ərazisində yerləşən ABŞ ordusunun aviabazasındakı düşmən obyektlərinə və dislokasiya yerlərinə raket zərbələri endirib", — deyə "Fars" agentliyi SEPAH-ın bəyanatından sitat gətirib.

Məryəm Quliyeva