İran ABŞ-nin Küveytdəki bazalarına zərbə endirib Gündəm

İran ABŞ-nin Küveytdəki bazalarına zərbə endirib

İran Ordusu ABŞ-nin Küveytdəki hərbi obyektlərinə bir sıra zərbələr endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin mətbuat xidməti bəyanat yayıb.

"Mehr" agentliyinin verdiyi məlumata görə, "Kemp əl-Adiri" bazasındakı sursat anbarları, eləcə də "Əli əl-Salem" aviabazasında yerləşən radiolokasiya stansiyası və "Patriot" zenit-raket kompleksinin radarı hücuma məruz qalıb.

Silahlı Qüvvələr seçilmiş hədəflərin strateji əhəmiyyətindən danışıblar. Ordudan bildirilib ki, İslam Respublikasının sərhədindən 104 km məsafədə yerləşən "Kemp əl-Adiri" bazası ABŞ qüvvələri tərəfindən əsas dəstək və yenidən qruplaşma mərkəzi kimi istifadə olunur.

"Əli əl-Salem" aviabazası isə amerikalı hərbçilərin Qərbi Asiyaya köçürüldüyü nəqliyyat qovşağı rolunu oynayır. Mətbuat xidmətinin məlumatına görə, bu baza "ABŞ-nin hərbi və logistik strategiyasında mərkəzi rol oynayır".

Məryəm Quliyeva