20 İyul 19:00
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb
BMT: Husilərin Səudiyyə Ərəbistanını blokadaya alması regional münaqişəni genişləndirəcək
Messidən məğlubiyyət sonrası ilk paylaşım: Bu yaranın sağalması vaxt aparacaq
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib
Tramp: İran öldürülən hər amerikalı əsgərə görə ağır bədəl ödəyəcək
20 İyul 09:53
1 365
Ötən gün Rusiya qoşunları Türkiyə gəmi sahibinə məxsus olan və Qvineya-Bisaunun bayrağı altında üzən "GOLDEN LEO" mülki yük gəmisinə raket zərbəsi endirib. Hücum anında gəmi taxıl yükü ilə birlikdə döyüş əməliyyatları zonasını tərk edirmiş.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat verib. Onların verdiyi məlumata görə, zərbə üç ədəd "X-59/X-69" qanadlı raketi ilə endirilib. Raketlərdən biri gəminin sağ göyərtə hissəsinə dəyib və nəticədə yanğın baş verib. Göyərtədə 17 Suriya və Hindistan vətəndaşı, həmçinin ukraynalı bələdçi olub.
Ukrayna tərəfinin məlumatına görə, hücum nəticəsində 6 nəfər həlak olub, daha 4 heyət üzvünün taleyi məlum deyil, axtarış-xilasetmə tədbirləri davam edir.
Yardımın göstərilməsinə Ukrayna HDQ-nin və Dəniz Axtarış-Xilasetmə Xidmətinin bölmələri cəlb olunub. Heyətin səkkiz üzvü təxliyə edilərək Odessadakı xəstəxanalardan birinə çatdırılıb.
Məryəm Quliyeva
20 İyul 22:39
875
20 İyul 21:32
924
20 İyul 21:29
1 141