20 İyul 19:00
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb
BMT: Husilərin Səudiyyə Ərəbistanını blokadaya alması regional münaqişəni genişləndirəcək
Messidən məğlubiyyət sonrası ilk paylaşım: Bu yaranın sağalması vaxt aparacaq
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib
Tramp: İran öldürülən hər amerikalı əsgərə görə ağır bədəl ödəyəcək
20 İyul 10:00
1 120.jpg)
ABŞ Yaxın Şərqə əlavə döyüş və yanacaqdolduran təyyarələr köçürmək qərarına gəlib. Bu, İrana qarşı hərbi əməliyyatların genişləndirilməsinə hazırlıq göstəricisi ola bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, regiona ABŞ Hərbi Hava Qüvvələrinin Almaniyadakı bazasından "F-16" qırıcıları və Böyük Britaniyanın radara düşməyən (stels) "F-35" qırıcıları göndərilib. Həmçinin əlavə yanacaqdolduran təyyarələr də əraziyə köçürülür. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hərbi aviasiyanın bu yerdəyişməsini nəşrə şərh etməkdən imtina edib.
Buna qədər ABŞ prezidenti Donald Tramp İrana endirilən zərbələri gücləndirmək və hədəf siyahısını genişləndirərək bura infrastruktur obyektlərini, o cümlədən körpüləri və energetika obyektlərini daxil etmək niyyətində olduğunu bəyan etmişdi.
NYT-nin məlumatına görə, əlavə təyyarələrin tam olaraq harada yerləşdiriləcəyi hələlik bəlli deyil. Bununla belə, israilli bir rəsmi nəşrə bildirib ki, yanacaqdolduran təyyarələrin bir hissəsi İsrail HHQ-nin bazalarında yerləşdirilə bilər.
Məryəm Quliyeva
20 İyul 22:39
882
20 İyul 21:32
931
20 İyul 21:29
1 141