İranla münaqişədə həlak olan ABŞ hərbçilərinin ümumi sayı 17-yə çatıb Dünya

İranla münaqişədə həlak olan ABŞ hərbçilərinin ümumi sayı 17-yə çatıb

İranla silahlı münaqişə gedişində həlak olan amerikalı hərbi qulluqçuların ümumi sayı artaraq 17-yə çatıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat verib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 18-də İraqda vurulmuş İran dronunun döyüş sursatının "nəzarət edilən partlayışı" zamanı bir amerikalı hərbçinin həlak olduğunu bildirib. Komandanlığın məlumatına görə, iyulun 17-də İordaniyada İranın hücumunu dəf edərkən daha iki ABŞ hərbçisi həlak olub. Həmin vaxt daha bir amerikalı hərbi qulluqçu itkin düşmüşdü, iyulun 19-da isə komandanlıq İranın son zərbə endirdiyi ərazidə insan qalıqlarının tapıldığını elan etdi. AP dəqiqləşdirir ki, rəsmi itkilərin sayısı 18 nəfər ölüdək arta bilər.

İrana qarşı hərbi əməliyyatlar müddətində yaralanan ABŞ hərbçilərinin ümumi sayı isə 400-ü keçib.

Məryəm Quliyeva