İranın DİN rəhbəri Pezeşkianın məktubunu Pakistan rəhbərliyinə çatdıracaq Dünya

İranın DİN rəhbəri Pezeşkianın məktubunu Pakistan rəhbərliyinə çatdıracaq

İranın daxili işlər naziri İskəndər Momeni İslamabada səfəri zamanı Pakistan rəhbərliyinə İran Prezidenti Məsud Pezeşkianın məktubunu təqdim edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Pakistan DİN-dəki mənbəyə istinadən məlumat yayıb.

Telekanalın həmsöhbətinin sözlərinə görə, İran idarəsinin rəhbəri "Prezident Pezeşkianın regiondakı mövcud vəziyyətlə bağlı məktubunu gətirir".

Ötən gün KİV-lər İran DİN rəhbərinin nümayəndə heyətinin başında Pakistana ikigünlük səfər edəcəyi və səfər çərçivəsində ölkə rəhbərliyi ilə görüşlər keçirəcəyi barədə məlumat yaymışdı.