Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
26 İyul 10:59
2 247.jpg)
İtaliyanın şimalındakı Val-di-Suza dərəsində Turin—Lion yüksəksürətli magistralının tikintisinə qarşı çıxanlarla baş verən toqquşmalarda iyulun 25-də 60-dan çox İtaliya hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat verir.
İnsidentlər KyoMonte kommunasındakı tikinti meydançasının yaxınlığında baş verib. "No TAV" hərəkatının bir neçə fəallar qrupu çəpərləri yararaq obyektə daxil olub. Polisin ünvanına daşlar, petardalar və yandırıcı qarışığı olan şüşə qablar atılıb.
Nəticədə hüquq-mühafizə qüvvələrinə məxsus dörd avtomobil yandırılıb. Nəşrin məlumatına görə, ən fəal qrupun tərkibinə üzlərini gizlədən 700-ə yaxın şəxs daxil olub. Polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib. Bussoleno və Borqone arasında qatarların, habelə A32 magistralı ilə avtomobillərin hərəkəti müvəqqəti dayandırılıb.
Müstəntiqlər dronların çəkdiyi kadrları araşdırırlar, tikinti meydançasına və texnikaya dəymiş ziyan dəqiqləşdirilir.
Məryəm Quliyeva
7 Noyabr 14:12
1 442
7 Noyabr 14:03
1 372
7 Noyabr 12:12
1 365