Rza Naqdi: "ABŞ ilə müharibəni Trampın səlahiyyət müddəti bitənədək uzada bilərik" Gündəm

Rza Naqdi: "ABŞ ilə müharibəni Trampın səlahiyyət müddəti bitənədək uzada bilərik"

İran ABŞ ilə silahlı münaqişəni Amerika lideri Donald Trampın prezidentlik müddəti başa çatanadək uzatmaq imkanını nəzərdən keçirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH — Silahlı Qüvvələrin elitar hissələri) baş komandanının müşaviri, briqada generalı Məhəmməd Rza Naqdi bəyan edib.

"Biz düşmənin bizə hücum etməyə heç vaxt cəsarət etməməsi və təhlükəsiz yaşaya bilməyimiz üçün elə bir çəkindirmə səviyyəsi təmin etməliyik. Variantlardan biri bu müharibəni növbəti prezidentlik müddətinə qədər uzatmaq və düşməni yormaqdır ki, İrana hücum etmək istəyən hər kəs bunun bədəlini ödəyəcəyini anlasın", — deyə o, PBS telekanalına müsahibəsində bildirib.

Məryəm Quliyeva