12:41
826
İranın Ali Lideri Müctəba Xamenei ictimaiyyət arasında yalnız təhlükəsizliksəbəbi ilə ictimaiyyət qarşısına çıxmır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH - Silahlı Qüvvələrin elitar hissələri) baş komandanının müşaviri Məhəmməd Rza Naqdi bəyan edib.
"Bu strategiya onun öz işidir. Düşmənlərimiz cinayətkardır və qanuna tabe olmurlar", - deyə o, PBS telekanalına müsahibəsində Xameneinin nə üçün ictimaiyyət arasında görünməməsi ilə bağlı suala cavab verərkən bildirib. "Təbii ki, bu, təhlükəsizlik səbəblərindəndir. Şübhəsiz ki, başqa bir səbəb yoxdur". Bununla belə, SEPAH baş komandanının müşaviri Xamenei ilə şəxsən görüşüb-görüşmədiyi barədə sualdan yayınb.
Məryəm Quliyeva