13:32
378
Bu ilin iyul ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 440 min barel səviyyəsində olub.
"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinin (BEA, IEA) aylıq hesabatına istinadən verdiyi məlumata görə, iyulda Azərbaycanda ortalama gündəlik neft hasilatı iyun ayının göstəricisinə bərabərdir.
Xatırladaq ki, Azərbaycan “OPEC+” razılaşmasının iştirakçısıdır. “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür. “OPEC+” ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
Beləliklə, Azərbaycan iyul ayında "OPEC+" çərçivəsində kvotasından 111 min barel geri qalıb.