11:32
392
ABŞ Suriyada yeni eskalasiya fonunda İsrail və Türkiyənin birbaşa qarşıdurmaya yaxınlaşdığını hesab etmir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib.
"Mən işin bu həddə çatdığını düşünmürəm. Hətta buna yaxın olduğumuzu da zənn etmirəm", – deyə Hakabi bildirib.
O əlavə edib ki, ABŞ artıq İsrail, Türkiyə və Suriya arasında münasibətlərin de-eskalasiyası üçün mexanizm qurmağa başlayıb. "Proses artıq qurulub, onu təkmilləşdirmək, effektiv fəaliyyət göstərəcəyinə və herkesin onda iştirak edəcəyinə əmin olmaq lazımdır. Mənə elə gəlir ki, biz düzgün yoldayıq", – deyə Hakabi əlavə edib.
Səfir həmçinin qeyd edib ki, İsrailin Suriyadakı hərəkətləri məhdud xarakter daşıyıb və Türkiyənin sərt reaksiyasına səbəb olmamalıdır. "İsrail Türkiyənin cənuba doğru irəlilədiyini gördü və bunu potensial təhlükə kimi qiymətləndirdi. Lakin İsrail insan tələfatına və ciddi maddi ziyana səbəb olacaq addımlar atmayıb", – deyə Hakabi vurğulayıb.
Məryəm Quliyeva