10:46
329
Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında xəsarət alan azyaşlı xəstəxanada ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, qəza zamanı xəsarət alan 2021-ci il təvəllüdlü Q. Aslanovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə avqustun 17-də Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobillə “KİA” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.