Misir və Səudiyyə Ərəbistanı Hörmüz boğazında gəmiçilik azadlığını dəstəkləyib Gündəm

Misir və Səudiyyə Ərəbistanı Hörmüz boğazında gəmiçilik azadlığını dəstəkləyib

Misir və Səudiyyə Ərəbistanı Fars körfəzi və Qırmızı dəniz zonasında, o cümlədən Hörmüz və Bab əl-Məndəb boğazlarında azad və təhlükəsiz gəmiçiliyin təmin edilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud ilə danışıqlarının yekunlarına dair prezidentin mətbuat xidmətinin xüsusi bəyanatında deyilir.

"Qahirə və Ər-Riyad Hörmüz və Bab əl-Məndəb boğazlarında sabitliyin və gəmiçilik azadlığının təmin edilməsinin zəruriliyi barədə həmrəydirlər", — deyə sənəddə qeyd olunur. Görüş zamanı əs-Sisi təsdiqləyib ki, "Səudiyyə Ərəbistanının və Fars körfəzi ölkələrinin təhlükəsizliyi Misirin milli təhlükəsizliyinin bir hissəsidir". Bu xüsusda ərəb respublikasının prezidenti göstərib ki, Qahirə "krallığın öz təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi tədbirləri dəstəkləyir".

Bəyanatda belirtildiyi kimi, vəliəhd şahzadə öz tərəfindən "regional sabitliyin qorunmasına və sülhün bərqərar edilməsi səylərinə yönəlmiş mövqeyinə görə əs-Sisiyə minnətdarlığını bildirib". Məhəmməd bin Salman Al Səud vurğulayıb ki, Ər-Riyad "son geosiyasi çağırışlar fonunda Misirin həmrəyliyini və dəstəyini yüksək qiymətləndirir".

Məryəm Quliyeva