Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
“Revanşist düşüncə ilə anlayacağı dildə danışılmalıdır”-Əli Zülfüqaroğlu
Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
Misir və Səudiyyə Ərəbistanı Hörmüz boğazında gəmiçilik azadlığını dəstəkləyib
Türk dünyasında media və informasiya təhlükəsizliyi müzakirə edilib – VİDEO
17:53
791
Sağçı "Qalx, Fransa!" partiyasının lideri Nikolya Düpon-Enyan Fransa prezidenti Emmanuel Makronun nüvə çəkindirmə vasitələrinə dair təşəbbüsünün respublikanın mənafelərini təhlükə altına aldığını bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Düpon-Enyan "X" sosial şəbəkəsində yazıb.
"Makron ağlını itirib! Fransanın nüvə çətirini Finlandiya və Estoniyaya şamil etməyə çalışmaqla o, bizi bu ölkələrlə Rusiya arasındakı hər hansı kiçik sərhəd insidentindən asılı vəziyyətə salır", - deyə o, bildirib.
O əlavə edib ki, Paris yalnız özünün "bombasının və qərarlarının sahibi" olaraq qalmalı, ona aidiyyəti olmayan müharibələrə cəlb edilməməlidir.
Məryəm Quliyeva