Pakistan Silahlı Qüvvələri Əfqanıstanın Qəndəhar şəhərinə zərbələr endirib Dünya

Pakistan Silahlı Qüvvələri Əfqanıstanın Qəndəhar şəhərinə zərbələr endirib

Pakistan Silahlı Qüvvələri Əfqanıstanın cənubunda yerləşən Qəndəhar şəhərinə zərbələr endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Əfqanıstanın "TOLO News" telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, zərbələr şəhərin doqquzuncu rayonunun yaxınlığına düşüb. Hökumət nümayəndəsi Zəbihullah Mücahid telekanala bildirib ki, hücum heç bir zərər vurmayıb.

Sonradan Pakistanın informasiya naziri Ətaullah Tarar dəqiqləşdirib ki, hücumlar Əfqanıstan tərəfindən hava məkanının iddia edilən pozuntusuna cavab olaraq həyata keçirilib. "Zərbələr qəsdən, dəqiq, hesablanmış və mütənasib olub; onlar birbaşa Pakistana hücum cəhdləri ilə bağlı olan müəyyən edilmiş hərbi obyektlərlə məhdudlaşıb", - deyə Tarar "X" sosial şəbəkəsində yazıb.

Məryəm Quliyeva