13:50
707
İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlamaq planlarından imtina etməzsə, Böyük Britaniya İsrail diplomatlarını ölkədən çıxara bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Ehtimal olunur ki, London Şərqi Qüdsdəki konsulluqda çalışan diplomatların sayına uyğun olaraq İsrailin Londondakı səfirliyinin 30-a yaxın əməkdaşını ölkədən qovmaqla cavab verə bilər.
Məryəm Quliyeva