AK 22-ci sanksiyalar paketinə Rusiya neftinin daşınmasına qadağanı daxil etməyəcək Dünya

AK 22-ci sanksiyalar paketinə Rusiya neftinin daşınmasına qadağanı daxil etməyəcək

Avropa Komissiyası (AK) Rusiyaya qarşı 22-ci sanksiyalar paketinə Rusiya neftinin daşınmasına qadağanı daxil etməyi planlaşdırmır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

AK-da ehtiyat edirlər ki, yeni məhdudiyyətlər yenidən Avropa ölkələrinin müqaviməti ilə üzləşəcək. Oxşar vəziyyət 21-ci sanksiyalar paketində də yaşanmışdı – həmin vaxt paketdən neft daşınmasına qadağa və Rusiya balığının idxalına məhdudiyyətlər çıxarılaraq sənəd iki dəfə ixtisar edilmişdi.

Məryəm Quliyeva