Tramp İranda hakimiyyət dəyişikliyinə çalışmadığını bildirib Dünya

Tramp İranda hakimiyyət dəyişikliyinə çalışmadığını bildirib

Birləşmiş Ştatlar İranda hakimiyyət dəyişikliyini güc yolu ilə həyata keçirməyə çalışmır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

"Mən sadəcə onların nüvə silahına malik olmasını istəmirəm. Heç vaxt rejim dəyişikliyinin lehinə və ya əleyhinə olmamışam. Mənim üçün bu, meyar olmayıb", – deyə o, Amerikanın "New York Post" qəzetinə müsahibəsində bildirib.

İsrailin İranda güc yolu ilə hakimiyyət dəyişikliyinə nail olmaq cəhdindən danışan Tramp bunun "yəqin ki, mümkün olduğunu" qeyd edib. O, özünün belə bir məqsəd güdmədiyini vurğulayıb.

İsrailin Baş naziri Binyamin Netanyahu oktyabr ayında İslam Respublikasına qarşı gələcək birgə addımları Trampla müzakirə etdiyini bildirmişdi. Hökumət başçısı o zaman Tehranda hakimiyyət dəyişikliyini "əsas vəzifə" adlandırmışdı.

Tramp noyabrın 22-də "Fox News" telekanalının jurnalistlərinə açıqlamasında Vaşinqton və Tehranın münaqişənin dayandırılması ilə bağlı dolayı məsləhətləşmələri davam etdirdiyini deyib. Amerika lideri həmçinin qeyd edib ki, İslam Respublikası ilə razılaşmalar əldə olunmazsa, Yeni ildən sonra İrana zərbələri bərpa etməyə meyillidir.

Məryəm Quliyeva