Zelenski Pentaqonun 48 ədəd "Patriot" raketinin tədarükünü ləngitdiyini açıqlayıb Dünya

Zelenski Pentaqonun 48 ədəd "Patriot" raketinin tədarükünü ləngitdiyini açıqlayıb

Volodimir Zelenski bildirib ki, Pentaqonun rəhbəri Pit Heqset ABŞ-nin daha əvvəl Ukraynaya tədarük etməyə razılıq verdiyi "Patriot" zenit-raket kompleksləri üçün 48 ədəd ələkeçirici raketin Kiyevə verilməsinə icazə verməyib.

Xalqcebhesi.az xəbər verir ki, daha əvvəl "Financial Times" qəzeti mənbələrə istinadən Pentaqonun Ukraynaya 60 ədəd belə raketin tədarükünü ləngitdiyini yazmışdı.

"Patriot" hava hücumundan müdafiə sistemlərinə gəlincə, bu məktub ABŞ-dədir. Orada dəqiq 48 raketlə bağlı bir müqavilə var. Təəssüf ki, Heqset hələlik bunu imzalamayıb. Hər şey yalnız ondan asılıdır, biz bu 50 raketə ümid edirik. Əgər 60 ədəd vermək istəyirlərsə, biz yalnız lehinəyik", – deyə o, mətbuat konfransında bildirib.

Məryəm Quıiyeva