“Reuters” Ərdoğanın seçkidən sonrakı iqtisadi planını üzə çıxardı Dünya

“Reuters” Ərdoğanın seçkidən sonrakı iqtisadi planını üzə çıxardı

Türkiyədə 24 iyunda keçiriləcək prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğan qalib gələrsə, iqtisadi idarəetməyə vahid mərkəzdən nəzarət ediləcək.
Bu haqda "Reuters"ə rəsmi şəxslər bildiriblər.
Plana görə, hökumət iqtisadi idarətməni Xəzinə və ya Maliyyə Nazirliyinin tabeliyinə verəcək.
Adlarının çəkilməsini istəməyən rəsmilər bildiriblər ki, Ərdoğan nazirlərin sayını 21-dən 14-ə endirmək niyyətindədir.
Mənbələrdən biri deyib ki, Ərdoğan qalib gələcəksə, Türkiyə hökuməti ilə müəssisələr arasında münasibətlər daha da istiləşəcək və investisiyanın stimullaşdırılması qaydaları sadələşdiriləcək.
"Hazirkı sistemə görə, təşviq üçün bir nazirliyə müraciət edirsiniz. Başqa bir nazirlik də bu təşviqə nəzarət edir. Başqa bir nazirlik də ödəmələrə baxır. Sonra da yoxlama üçün başqa bir nazirliyə gedirsiniz. Bu məntiq doğru deyil" deyə, mənbə bildirib.
Türkiyə baş nazirinin müavini Mehmet Şimşek iqtisadi sahəni idarə etsə də, Maliyyə, Ticarət və İnkişaf nazirlikləri də iqtisadi idarəetmə ilə bağlı qərarlar verir.
Yeni plana görə isə İnkişaf Nazirliyi, Gömrük Nazirliyi, İqtisadiyyat Nazirliyinin bir hissəsi, turizmə məsul nazirliyin bir hissəsi yeni nazirliyə daxil olacaq.