Müharibə Rusiyaya baha başa gəlib Dünya

Müharibə Rusiyaya baha başa gəlib

Kremlin tədbirlər görməsinə baxmayaraq, iqtisadiyyat çökür, ölkənin xarici borcu artır

Cavid

Rusiyanın Ukraynaya hərbi təcavüzü rəsmi Moskvanın iqtisadiyyatını iflic vəziyyətə gətirib çıxarıb. Ekspertlərin qənaətincə Rusiya Ukrayna ilə müharibədə hər gün 2 milyon dollar xərcləyir. İqtisadi artım isə aydanaya periləyir, bu isə rəsmi Moskvanın xarici borcunun artması ilə nəticələnir. Digər tərəfdən isə beynəlxalq sanksiyaların tətbiqi. Ölkənin Mərkəzi Bankının məlumatına görə,
Rusiya Federasiyasının ikinci rübə olan xarici borcu 5,1 miyard dollar artaraq ümumilikdə 720,9 miyard dollar təşkil edib. Məlumatda bildirilir ki, bank sistemində müəyyən irəliləyiş olsa da, qeyri-bank sistemində ciddi geriləmə var və bu seqmentdə xarici borc 2,2 faiz artaraq 443 milyard dollar təşkil edib. Dövlət müəssisələrində də eyni vəziyyətdir. İlin ikinci rübünün göstəricilərinə əsasən, bu sahədə xarici borc 1 miyard artaraq, 54, 6 miyard dollar təşkil edib.
Xatırladaq ki, əksər iqtisadçı ekspertlər Rusiyadakı bu vəziyyəti Ukrayna hadisələrindən dolayı Qərbin tətbiq etdiyi sanksiyalarla əlaqələndirirlər.
Onu da bildirək ki, Avropa İttifaqı (Aİ) Ukraynadakı vəziyyətlə əlaqədar olaraq əlavə sanksiyalar siyahısının genişləndirilməsi ilə bağlı qərar qəbul edib.
Avropalı diplomatların sözlərinə görə, siyahıya daha 11 Rusiya və Ukrayna vətəndaşının adı daxil edilib.
"Siyahı əsasən, ukraynalı separatçılardan ibarətdir. Siyahıya bir və ya iki Rusiya vətəndaşının adı da daxildir" - deyə, diplomatik mənbə bildirib.
Aİ-nin tətbiq etdiyi sanksiyalar siyahısına kimlərin adının daxil edilməsi barədə məlumat yaxın vaxtlarda açıqlanacaq.
Digər məlumata görə, Avropa İttifaqı Ukraynanın Şərqində baş verən hadisələrdə məsul tutduğu Rusiyaya qarşı hazırladığı sanksiya paketlərini genişlədirmək qərarı verib. Ukrayna mətbuatının məlumatına görə, Aİ-nin Daimi Nümayəndələr Komitəsi (COREPER) daha 11 rusiyalı rəsmisini "qara siyahı"ya salıb. Siyahıya adı düşmüş rus siyasilərə Aİ üzvü ölkələrinə girişin qadağan edildiyi halda bu dövlətlərdəki bank hesabları da dondurulacaq. Sanksiya qanununun həftənin sonuna kimi qüvvəyə minəcəyi bildirilir.
O da bildirilir ki, AB-nin Daimi Nümayəndələr Komitəsi səviyyəsində keçirilən dünənki iclasının iştirakçıları Ukraynadakı hadisələrə görə Rusiyaya qarşı daha ciddi sanksiyaların tətbiq edilməsindən imtina ediblər. Onlar Almaniya və Fransanın vasitəçilik təşəbbüslərinin uğurlu olacağına inanırlar.
Bu haqda Polşa informasiya agentliyi "RAR" xəbər verir. "Diplomatların məlumatlarına əsasən, ölkələrin bir hissəsi AB-nin güclü mövqe sərgiləməyini istəyir. Məhz nüfuzlu rus siyasətçilərinin qara siyahıya salınması, həmçinin Rusiyada AB-nin maliyyələşdirdiyi layihələrin dondurulması tələb edilir. Lakin əksəriyyət belə bir qərara gəlib ki, Ukraynadakı münaqişənin həll edilməsi üçün Fransa və Almaniyanın səy göstərməyinə şans vermək lazımdır", - agentlik qeyd edir. Ötən həftə AB separatçıların iyunun 30-da irəli sürülmüş hərbi əməliyyatların dayandırılması, girovların azad edilməsi ilə bağlı ultimatumu yerinə yetirməmələrinə baxmayaraq, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini təxirə salmışdı. Agentlik həmçinin xatırladıb ki, AB viza sanksiyaları tətbiq edib və 61 nəfərin aktivlərini dondurub. Onların arasında rus siyasətçiləri, hərbçiləri və ukraynalı separatçılar var.
İcmalçıların da qeyd etdiyi kimi, Ukrayna ilə bağlı rus təbliğatının tonu yumşalıb, rus politoloqlarının bəyənatları ilə mülayimləşib. Buna səbəb qərb sanksiyalarının təhlükəsi və ictimai əhval-ruhiyyənin dəyişməsidir. Rusların əksəriyyəti Ukrayna ilə müharibə istəmir.
Amerikalı politoloq Zbiqnev Bjezinski "The Washington Post" qəzetində yazır üç ay əvvəl Putin Dövlət Dumasında nitq söyləyərkən etdiklərinin uzunmüddətli strateji nəticələri haqda az düşünürdü: "İndi isə seçim üçün Putinin qarşısında üç variant var. Birincisi, Putin Ukrayna ilə münasibətlərdə kompromisə əl ata bilər. Rusiya Ukraynanın daxilində sabitliyi pozmağı dayandıracaq, müdaxilə təhlükəsini aradan qaldıracaq, Avropa Birliyinə üzvlük məsələsi ilə barışacaq.
Rusiya həmçinin Ukraynanın Avrasiya ittifaqına qoşulmayacağı ilə də barışmalıdır. Amma bu, Rusiya və Ukrayna arasında başqa ticarət sazişini istisna etməməlidir.
İkincisi, Putin üstü örtülü şəkildə hərbi müdaxiləni maliyyələşdirilməyə davam edə bilər. Onda Qərb sərt sanksiyalar tətbiq etməyə məcbur olacaq.
Üçüncü variant - "Ukraynaya girməkdir". Kreml ukraynalıların əbədi nifrətini qazanacaq, eləcə də Rusiya iqtisadi və siyasi cəhətdən təcrid olunacaq, belə olduğu təqdirdə daxili gərginliyin artma ehtimalı çoxdur...Düzgün seçim kompromis formulunu tapmaqdır".
"Putinin Ukraynaya hücumu iflasa uğradı, lakin bu hələ başa çatmayıb", - "Atlantic Council of the U.S." təşkilatının baş elmi işçisi Adrian Karatniki "The Wall Street Journal"da çıxan məqaləsində iddia edir.
Separatçılarla mübarizədə Ukrayna ordusunun uğurlara, rus KİV-ləri və ictimai rəydəki dəyişikliyə baxmayaraq, "Şərqi Ukraynada problemlər tamamilə həll edilməyib", müəllif yazır. Onun sözlərinə görə, vəziyyətdən iki çıxış yolu var. Onlardan birincisi "hərbi" yoldur: Donetsk və Luqanskın qanlı döyüşlər olmadan tamamilə azad edilməsi qeyri-mümkündür. "İkincisi, çox güman ki, danışıqların aparılmasıdır", - məqalədə deyilir.
"Nəticədən asılı olmayaraq, realda prezident Putinin Ukrayna strategiyası iflasa uğradı. Krımı işğal etmək və iki min insanın ölümünə səbəb olan amansız üsyan qaldırmaqla o, rusiyapərəst azlıqların çoxluq təşkil etdiyi ölkəni özünə qarşı çıxardı, Ukraynada vətənpərvərlik hisslərini gücləndirdi və ölkədə avropərəst çoxluğun yaranmasına səbəb oldu", - müəllif bildirir.
Putinin sonrakı addımları, çox güman ki, avropapərəst Ukrayna hakimiyyəti ilə münasibətdə iqtisadi sabotaja yönələcək, Karatniki hesab edir.
Analitikin fikrincə, əhəmiyyətli dönüş anına gətirib çıxaracaq: ola bilsin, Ukraynadakı mübarizədə Putin hərbi yoldan imtina etsin və müəyyən müddətə "yumşaq qüvvəyə" əl atsın.
NATO-nun baş katibi Foq Rasmussen xəbərdarlıq edib ki, Rusiya Ukraynada "iki oyun" oynayır, "The New York Times"ın jurnalistləri Mark Lendler və Markl R.Qordon bildirir.
Rasmussenin sözlərinə görə, Qərb Putinin mülayim bəyənatlarına görə özünü aldatmamalıdır. Putinin məqsədi sadəcə növbəti iqtisadi sanksiyaların qarşısını almaqdır.
"Özünüzü aldatmayın, bu sadəcə bir taktikadır", - Rasmussen deyib. - Lazım gəlsə, müdaxilə variantından imtina etməyəcək".
Rasmussenin sözlərinə görə, Ukraynanın yeni hakimiyyətini zəiflətmək və ölkənin şərq hissəsini rus təsiri altında saxlamaq üçün Rusiya hərbi əməliyyatları və aktiv dezinformasiya proqramanı birgə işləyərək "hibrid müharibə" aparır.