“Ermənistana qırıcı tədarük olunmayacaq” Dünya

“Ermənistana qırıcı tədarük olunmayacaq”

13 may

Rus ekspert Ermənistan müdafiə nazirini pis vəziyyətdə qoydu

“Qabaqkı məqalə və müsahibələrdə məlumat vermişdik ki, Ermənistan Silahlı Qüvvələrinin komandanlığı hərbi-hava qüvvələrimizi əsaslı yaxşılaşdırmağı planlaşdırır və artıq Rusiyadan çoxtəyinatlı Su-30 qırıcılarının alqısı haqda anlaşma əldə olunub”.

Strateq ru.1-in.am-a istinadən yazır ki, bu haqda Ermənistan müdafiə nazirinn mətbuat katibi və müxtəlif ekspertlər bildiriblər. İlkin anlaşmaya görə, ilk mərhəldəə Ermənistana dörd ədəd qırıcı tədarük olunacaq, amma sonradan bunu sayı çoxalacaq. Lakin Rusiyanın bəzi ekspertləri iddia edirlər ki, onlarda Ermənistan və Rusiya arasında Su-30 qırıcılarının alqı-satqısı haqda saziş və ya ilkin razılaşma haqda məlumat yoxdur. Rusiya hərbi siyasətçilər Birliyinin eksperti Aleksandr Perenciyev 1-in.am-la söhbətdə belə bir fikir ifadə edərək deyib ki, söhbət İrəvanın yaxınlığındakı “Erebuni” aeroportunda yerləşən Rusiya aviabazasının həmin Su-30 qırıcıları ilə yenidən silahlandırılacağından gedir.

Perenciyev deyib: “Söhbət alqıdan deyil, Rusiyanın Ermənistandakı aviabazasının yenidən silahlandırılmasından gedir. Hələlik Ermənistana qırıcı satmaq söhbəti yoxdur. Bu məlumatların haradan yayıldığını bilmirəm. Yeri gəlmişkən, bu, Azərbaycanda əsəbi reaksiya doğurur. Amma bir də deyirəm, Su-30 qırıcıları hələlik Ermənistana deyil, Rusiya aviabazasına tədarük olunur. Mən Ermənistan müdafiə nazirinin bəyanatından xəbərdaram, amma o, hələlik arzu olunanı gerçəklik kimi qələmə verir. Aydındır ki, bu, Ermənistanda yaxşı səslənir, hamı müdafiə nazirindən sitat gətirir, ona inanırlar, amma mən Rusiyadayam və bilirəm ki, bu, hələ ki sözdür -eynilə Türkiyənin bizdən Su-57 qırıcılarını almağa hazırlaşdığı bəyanatı kimi. Amma hələ heç kim qırıcıları nə Türkiyəyə, nə Ermənsitana, nə də başqa kiməsə satmağa hazırlaşır”.

Qeyd edilməlidir ki, amma Rusiyanın “Erebuni” aviaparkının 18 ədəd MİQ-29 qırıcısının həmin sayda Su-30-a dəyişdirildiyi haqda qeyri-rəsmi məlumatı Rusiyanın TASS agentliyi ER MN bu məlumatı təsdiqləyəndən iki ay sonra yayıb. Biz Aleksandr Perenciyevlə bu durumu qeyd edərkən o cavab verib ki, TASS-ın məlumatı “azdan-çoxdan mötəbərdir”, amma Ermənistana təyyarə tədarükü haqda məlumatları təsdiq edə bilməz: “Mən hələlik bu məlumatı təsdiqləməyə hazırlaşmıram, çünki bu mənim üçün hər hansı bəlli qaynaqlar tərəfindən təsdiq edilməyib”.

Rusiya hərbi mütəxəssisinin sözlərinə görə, “ümumiyyətlə, Rusiya müəyyən hərbi-siyasi yanaşma göstərir – hücum xarakterli texnikanı nə Ermənistana, nə də Azərbaycana tədarük etmək. Mən bilirəm ki, əslində, təyyarələri nə Ermənistana, nə də Azərbaycana tədarük etmək haqda qərar var. Demərəm ki, bu, yasaqlanıb, amma, ən azı, dondurulub. Ermənistan KTMT üzrə müttəfiqimiz olsa da, Ermənistana hava hücumundan müdafiə (HHM) sistemi tədarük edə bilərik. İstənilən HHM sistemini. Burada hər hansı problem yoxdur. Amma zərbə, hücum xarakterli hərbi texnikanı nə Azərbaycana, nə də Ermənistana tədarük edəcəyik. Bəli, bu, hərbi-siyasi yanaşmadır”.