“Xalqa qarşı xəyanətlər planlaşdırılır” Dünya

“Xalqa qarşı xəyanətlər planlaşdırılır”

“İstənilən halda məhkəmə hüquq sisteminin qərarlarının cəmiyyət üçün etimadsız olduğu məlumdur”

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan məhkəmə hüquq sistemi ilə bağlı çıxışı zamanı deyib.
Paşinyan, məhkəmə hakimiyyət orqanları tərəfindən qəbul edilən qərarların qanuniliyinə və əsaslandırılması haqqında tənqidi fikirlər səsləndirə bilməyəcəyini və səsləndirmək istəmədiyini qeyd edib: “Bu barədə tənqidi fikirlər irəli sürmək mənim səlahiyyətlərimə daxil deyil. Lakin bütün məhkəmə hüquq sistemini eyni şəkildə dəyərləndirmək də mümkün deyil. İstənilən halda məhkəmə hüquq sisteminin qərarlarının cəmiyyət üçün etimadsız olduğu məlumdur. Bunu yalnız Baş nazir kimi yox, həmçinin xalqın bir nümayəndəsi kimi deyirəm... Erməni xalqının məhkəmə hakimiyyətini keçmiş korrupsiyalaşmış sistemin qalıqları kimi qəbul edirəm. Burada daim xalqa qarşı xəyanətlər planlaşdırılır və həyata keçirilir. Bu iradların nə dərəcədə doğru olub-olmadığı başqa bir məsələdir. Hesab edirəm ki, məhkəmə hakimiyyəti xalqın etimadına sahib deyil və bu o deməkdir ki, fəaliyyət göstərməyə də kifayət qədər legitimliyi yoxdur”.
Erməni Baş nazir hesab edir ki, bu fakt ölkəsinin gündəlik həyat fəaliyyətinə, sabitliyinə və milli təhlükəsizliyinə təhdiddir.
“Məhkəmə hüquq sisteminin qanundankənar təsirlərə məruz qalmadığına və kölgə həyatı yaşamadığına zəmanət verə bilməz. Məhkəmə hakimiyyət orqanları, xüsusilə korrupsiyalaşmış keçmiş sistem tərəfindən təsir altında saxlanılır. Çünki insan resursları, siyasi və digər yollarla keçmiş hakimiyyətlə əlaqədə qalmaqdadırlar. Mən, yalnız bir nümunə çəkməklə bildirirəm ki, icra hakimiyyəti orqanları tərəfindən onlarca qanunsuzluqların həyata keçirilməsinin məhz fəaliyyətdə olan məhkəmə orqanları sistemi vasitəsilə həyata keçirildiyini nəzər alsaq, “1 Mart” işi üzrə məhkəmə araşdırmasının nə dərəcədə düzgün aparıla biləcəyini təsəvvür etmək mümkün deyil. Ən yüksək siyasi səviyyədə korrupsiyaya qarşı mübarizə aparılmasının bəyan edilməsinə baxmayaraq, həmin məhkəmə sistemləri korrupsiyalaşmış şəkildə fəaliyyət göstərməkdə davam edirlər.
Müxtəlif hakimlərin öz keçmiş məhkəmə fəaliyyətlərinin və dəyərlərinin yeni Ermənistanla uzlaşmadığını dərk edəcəklərinə və Ermənistan naminə hakim statuslarından imtina edəcəklərinə ümid edirdim. Lakin belə bir şeyin baş vermədiyini gördüm. Xalqın etimadını qazanmağa nail olmaq üçün verilən vaxt tükənib”, - deyə Paşinyan vurğulayıb.
Paşinyan bildirib ki, məhkəmə sistemində cərrahiyə müdaxilələrinin həyata keçirilməsinin zamanı yetişib.