Tramp İrana hücum əmri verdi və ləğv etdi Dünya

Tramp İrana hücum əmri verdi və ləğv etdi

Niyə İranla müharibə olmayacaq?

ABŞ prezidenti Donald Tramp Amerika pilotsuz təyyarəsinin vurulmasına cavab olaraq İrana hərbi zərbələrin endirilməsini bəyənib, amma sonra əməliyyatı ləğv edib.Bu haqda administrasiyadakı mənbələrə istinadən “New York Times” nəşri yazır.
Nəşrin məlumatına görə, Vaşinqtonun hərbi və diplomatik dairələrində zərbələrin cümə günü səhgər tezdən endirilməsi planlaşdırılırdı.Məqsəd İran hərbçiləri və dinc əhali arasında qurbanların mümkün sayını minimallaşdırmaq idi.Bildirilir ki, zərbələrin hədəfləri bir sıra İran obyektləri, həmçinin radiolakasiya sistemləri və zenith-raket kompleksləri olmalı idi.Qəzet iddia edir ki, əməliyyatı planlaşdırmanın erkən mərhələsində ləğv ediblər. Hələlik planın ləğvinin səbəbi məlum olub: Ağ Ev sadəcə fikrini dəyişib, yoxsa logistik və ya strateji xarakterli hansısa çətinliklərlə qarşılaşıb.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilər Korpusu ölkənin cənub hissəsində İranın hava məkanını pozan Amerika pilotsuz təyyarəsini vurduqlarını açıqlayıb.ABŞ Silahlı qüvvələrin Mərkəzi Komandanlığı (CENTCOM) isə təyyarənin İran zenit-raket kompleksi tərəfindən Hörmüz boğazının üzərində vurulduğunu bəyan edib.Tramp bunu “İranın çox böyük səhvi” adlandırıb, ancaq daha sonra bildirdi ki, bunun qəsdən edildiyinə inanmır.ABŞ administrasiyadakı mənbələrə istinadən NBC telekanalının xəbərinə görə, cümə günü Ağ Evdə müşavirə keçiriləcək. Müşavirədə İranın hərəkətlərinə cavab variantları müzakirə ediləcək.
Siyasi şərhçi Fikrət Sadıqovun fikrincə, regionda çox təhlükəli bir vəziyyət yaranıb. Bu vəziyyət Azərbaycanın sərhədlərinə yaxındır: “Bu mənada, təhlükənin bizə doğru gəlməsi müəyyən problemlər yarada bilər. Həm qaçqın məsələsi, həm ekoloji problemlər yarana bilər.Mən düşünmürəm ki, ABŞ İranla müharibəyə keçsin və münaqişə alovlansın. ABŞ bir superdövlətdir və başa düşür ki, bunun acı nəticələri ola bilər. İran nə İraqdı, nə Liviyadır.İran özünü müdafiə etməyə qadir olan bir dövlətdir.Biz buna həm keçmiş, həm də müasir tarixdən şahid olmuşuq.Bu münaqişədə təhlükənin yaranması ondan ibarətdir ki, Yaxın Şərqdə böyük silahlar cəmlənib.
Niyə İranla müharibə olmayacaq?Ona görə ki, ABŞ bu vaxta qədər bir neçə dəfə oxşar hallarda gücünü nümayiş etdirib, lakin son nöqtəsini qoymayıb.Məsələn, Şimali Koreya ilə bağlı olduqca sərt bəyanatlar səsləndirilirdi.Hətta bir sıra gəmilər göndərilmişdi Şimali Koreyaya qarşı.Sonra liderlər görüşdülər və diplomatik yolla məsələ həll oldu.Venesuelada da həmçinin.Oradakı vəziyyət sanki, bu gün-sabahlıq idi.Parlamentlə prezidentin qarşıdurması yarandı.Ağ Ev isə bəyan etdi ki, Venesuelada mütləq müxalif qüvvələr hakimiyyətə gələcək.İranla yaşanan münaqişə də üçüncü belə haldır.Reallığa nə dərəcədə uyğundur, deyə bilmərəm.Amma düşünmürəm ki, biz hərbi münaqişənin yaranmasının şahidi olacağıq”.
Politoloq qeyd edib ki, münaqişənin yaranması belə bir sıra məqamlardan asılı olacaq.Məsələn, bölgə ölkəsi olan İsrail İrana qarşı sərt mövqedədir.Həmçinin, ABŞ-la yaxın münasibətləri var. Bir çox hallarda Donald Tramp İsrailin maraqlarını nəzərə alaraq hərəkət edir.Qüds şəhərinin statusu, Qolan Təpələrinin İsrailə məxsus olması kimi qərarlarını xatırlaya bilərik. Bunlar İsrailin siyasətinə uyğun addımlar idi: “Lakin bu məsələdə digər bir reallıq da var: Avropa Amerikanı dəstəkləmir. Hesab edir ki, nüvə proqramı ilə bağlı saziş imzalanmışdı.Bu sazişdən çıxmaq düzgün deyildi.Bu istiqamətdə Avropa ilə ABŞ arasında ziddiyyətlər yaranıb.Bu yaxınlarda Yaponiyanın baş naziri, Almaniyanın Xarici işlər naziri İrana səfər etdi.Bu səfərlər boşuna deyildi.Onlar tərəflər arasında vasitəçilik missiyasını həyata keçirmək üçün səfər etmişdilər.Düşünürəm ki, İrana Avropadan başqa bir siyasətçi gedəcək.Çünki Avropa başa düşür ki, gərginliyi azaltmaq lazımdır.Hamı anlayır ki, bu gərginlik bütün qitə ölkələrinə təsirini göstərə bilər.Burada neft problemi var, strateji maraqları toqquşan dövlətlər iştirak edir”.