“Avropada iqtisadi maraqlar siyasi dəyərləri öz təsiri altına alır” Dünya

“Avropada iqtisadi maraqlar siyasi dəyərləri öz təsiri altına alır”

“AŞPA, Rusiyanın quruma qayıtması haqqında qərar qəbul etdi. Bu hadisə Avropanın ikiüzlülüyünü və iqtisadi maraqların ön plana keçməyinin nəticəsidir”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında ekspert Kamran Sultanlı bildirib.
Onun sözlərinə görə, Rusiyanın AŞPA-ya qayıtması ilə bağlı səsvermədə , 118 deputat lehinə, 62 deputat əleyhinə səs verdi. 10 deputat isə birtərəf qaldı. Azərbaycan və Türkiyə deputatlarının hamısı lehinə, Gürcüstan deputatlarının hamısı əleyhinə səs verdi. Ermənistandan "Mənim Addımım Blokunun" deputatı, Ruben Rubenyan əleyhinə, Vartanyan birtərəf qaldı, qalan deputatlar isə lehinə səs verib. Hadisədən dərhal sonra Ukrayna XİN bəyanat yayaraq, Rusiyanın AŞPA-ya qayıtmasının lehinə səs verən deputatları Krımda və Donetskdə ölən ukraynalılara görə məsuliyyət daşıdığını vurğuladı. Ukrayna hətta Gürcüstana açıq dəstəyinə təşəkkür etdi və AŞPA-nı tərk etdi. Ukrayna və Gürcüstan hətta, lehinə səs verən deputatları qara siyahıya salmağı da nəzərdən keçirir.
AŞPA, 2014-cü ildə Rusiyanın Krımı anneksiya etməsinə görə, səsvermə hüququnu, Moskva isə 2017-ci ildən təşkilatın büdcəsinə ödədiyi illik 33 mln dolları dondurmuşdu. Bu məbləğ AŞPA büdcəsinin 7%-i deməkdir. Təşkilat Rusiyanın təşkilata qayıtmasında əsas məsələnin Rusiyalı vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinin(AİHM) instansiyasından kənarda qalmamaları üçün etdiyini qeyd edir: “Bir çox Avropalı analitiklər qeyd edir ki, Rusiyanı tam təcrid etmək doğru deyil. Lakin Avropalı liderlər Rusiya ilə bazarlığa getdikləri açıq-aşkar ortadadır. Moskvaya lazım olan öz gücünü, sanksiyaların ciddi effekt vermədiyini, Rusiyanın hələ də dünyada söz sahibi olduğunu göstərmək və onunla hesablaşmağı təmin etməklə, dünyada söz sahibi olmaqdır. Digər bir tərəfdən bu gedişlə Rusiya göstərir ki, postsovet məkanı onun qırmızı xəttidir. Bir çox avropalı liderlər isə müxtəlif səbəblərdən Kremllə bazarlıq etmək xəttini seçir.
Rusiyanın AŞPA-ya qayıtmasında Fransa, Almaniya və İtaliya əsas təsir göstərən olublar. Qərarı isə Makron ve Merkel imzalayıb. Bu ölkələrin hər birində Rusiyaya yaxınlığı ilə seçilən və Kreml üçün lobbiçilik edən siyasətçi və hərakatlar var. Almaniyada "AFD" kimi partiyalar, keçmiş siyasətçilərdən Şröder Putinin dostudur. İtaliyada "İrəli İtaliya" partiyasının lideri keçmiş baş nazir Berluskoni, hazirki iqtidar koalisiya "Şimal Liqası" və "Beş Ulduz" İtaliyanın baş naziri olan Konte Rusiyaya yaxınlığı ilə seçilirlər. Avropada, milliyətçilik və sağçılıq artır. Bu milliyətçilər isə Rusiyanın dostudurlar. Bundan əlavə Fransada öz reytinglərini sürətlə artıran "Milliyətçi cəbhə" lideri Avroskeptik Le Pen də Putinin yaxın dostudur”.
Ekspert vurğulayıb ki, Merkel və Makronun da öz iqtisadi maraqları var. Ümumiyyətcə, Avropada iqtisadi maraqlar siyasi dəyərləri öz təsiri altına alır. Almaniya üçün hazırda daha önəmli olan "Şimal Axını 2" lahiyəsidir. Bu lahiyə ilə Almaniya, Rusiyadan 55 mld. kubmetr qaz alacaq. Bu qazın idxalından əlavə Almaniya operator kimi qazı Avropaya paylamaq istəyir. Almaniya hətta buna görə Ukraynanın offside vəziyyətinə düşməsinə belə göz yumur. İtaliyadakı, hazırki iqtidar AB-la fikir konfrantasiyaları içərisindədirlər. Xüsusilə avronun kursu ilə bağlı fikir ayrılıqları davam edir. Hazirki İtaliya iqtidar koalisiyası Rusiyaya qarşı sanksiyaların ləğvini dəstəkləyir. Çünki Rusiyaya qarşı sanksiyalardan ən çox İtaliya itirir. Roma hətta bir-neçə il əvəl "TAP" lahiyəsinə də qarşı çıxırdı. Bəllidir ki burada yenə lobbiçiliyi Moskva edib: “AŞPA-nın məlum qərarı və Avropa liderlərinin bu qərara isti yanaşmasında təbii ki, Vaşinqton amilini də unutmaq olmaz. Xüsusilə ABŞ-ın artan təsirləri, Avropalı liderləri müəyyən korrektələrə məcbur edir. Rusiyaya qarşı sanksiyalardan ABŞ az itirir, heç demək olar ki itirmirdə. Lakin Avropa çox itirir. Birincisi Rusiya ilə güclü qarşılıqlı iqtisadi aslılıq, Avropanın enerji bazarında hələ də Rusiyanın dominantlığı, Trumpın Şimal Axını 2-yə qarşı sanksiya təzyiqləri, Avro-Atlantik məkanda mühafizəkar liberal qarşıdurması, antiqlobalist baxışlar Rusiya ilə müəyyən yaxınlaşmalara yol açır. Fransa hələ Bjezinskinin Şahmat Taxtasında qeyd etdiyi kimi,Amerikanın təsir dairəsində olmağı qəbul etmir. Paris bunun üçün Moskva ilə də müəyyən yaxınlaşmalara və bazarlıqlara gedir”.
Prosesin digər iqtisadi səbəblərinə maliyyə sektoruda təsir edir. Avropanın maliyyə bazarında da müəyyən böhranlar var. Almaniyanın Doyç, Zet bankları ciddi böhran içərisindədir. Amerikanın müəyyən təzyiqləri qoca qitədə müəyyən manevrlərə səbəb olur. Təbii ki, bu cür addımlar Rusiya kimi imperalist və aqressiv dövlətləri cəsarətləndirir və itirən kiçik dövlətlər olur.