ABŞ Ərəbistana İrana qarşı ordu və “Patriot” göndərdi Dünya

ABŞ Ərəbistana İrana qarşı ordu və “Patriot” göndərdi

ABŞ Səudiyyə Ərəbistanına İranla münasibətlərdə artan gərginlik fonunda əlavə 500 hərbçi göndərməyi planlaşdırır.
Bu məlumatı CNN öz mənbələrinə istinadən yayıb. Televiziya hərbçilərin hazırda İran raketlərinin radiusundan kənarda yerləşdiyi Şahzadə Sultan aviabazasında olduğunu bildirib. Aviabazaya “Patriot” sistemlərinin yerləşdirilməsinə hazırlıq görən texniki personal da gəlib.
Hərbçilərin həmçinin aerodromun və uçuş-enmə zolağının təkmilləşdirilməsi ilə məşğul olacağı bildirilib. Aviabazanın F-22 qırıcıları üçün də istifadəsi nəzərdə tutulub.
Pentaqon rəsmiləri CNN-in informasiyasını şərh etməyib. Rəsmi Ər-Riyad da məlumatı təsdiqləməyib.