
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
İraq türkmənlərinin mənəvi lideri, ölkənin tanınmış ictimai, siyasi xadimi Riyaz Sarıkahya yenidən İraq Türkməneli Partiyasının başkanı seçilib.
Partiyadan Avrasiya.net-ə verilən məlumata görə, dünən Kərkükdə Türkməneli Partiyasının növbəti VI qurultayı keçirilib. Qurultayda Türkməneli bölgəsindən 500-ə yaxın nümayəndə iştirak edib. Əsasən partiyanın başkanlığı, nizamnaməyə dəyişikliklər, fəaliyyət istiqamətləri və təşkilati məsələlərə baxılıb. Riyaz Sarıkahya yekdilliklə yenidən partiyanın başkanı seçilib. Daha sonra partiyanın nizamnaməsində bir sıra dəyişikliklər və əlavələr edilib. Buna da səbəb partiyanın fəaliyyətini gücləndirmək və genişləndirmək olub. Nizamnaməyə edilən dəyişikliklər qəbul olunub. Qurultayda Türkməneli Partiyasının siyasi fəaliyyət və istiqamətlərinə də baxılıb. Partiyanın siyasi kursunun təkmilləşdirilməsi qərara alınıb. Qurultayda partiyanın bəzi strukturlarında dəyişikliklərlə bağlı qərarlar da qəbul olunub. Ənənəyə uyğun olaraq partiyanın qurultayından sonra Türkməneli Partiyası ilə əməkdaşlıq edən xarici və ölkə daxili siyasi qüvvələrin liderləri, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, ölkənin tanınmış ictimai, siyasi xadimləri Riyaz Sarıkahyanı təbrik etmək məqsədilə qərargaha təşrif buyuracaqlar.