İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb
Azərbaycanlı investorlara Əbu-Dabi Birjasında qarşılıqlı ticarət imkanı yaradılıb
Almaniya İsrailə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldıracaq
Nazir müavini: WTDC25-in Bakıda keçirilməsi Azərbaycanın qlobal nailiyyətlərinə verilən qiymətdir
Rusiya qoşunları son 24 saat ərzində üç yaşayış məntəqəsini nəzarətə götürüb
12 Dekabr 2019 12:49
1 407
Rusiya, Türkiyə və İran Suriyanın neft gəlirlərinə dair birgə bəyanat yayıb.
Xarici KİV-lər xəbər verir ki, Astana prosesinin iştirakçısı olan ölkələr – Rusiya, Türkiyə və İran Suriyanın neft gəlirlərinin müsadirə olunmasına qarşı çıxdıqlarını açıqlayıblar. Birgə bəyanatda deyilir ki, həmin 3 ölkə Suriyanın neft gəlirlərinin müsadirə edilməsindən narazıdır: “Rusiya, Türkiyə və İran Suriyaya məxsus neft gəlirlərinin hüquqazidd olaraq müsadirə olunmasından və həmin vəsaitin istifadə edilməsindən narahatdır”.
Qeyd edək ki, bu bəyanat Rusiya, Türkiyə və İran nümayəndələrinin Qazaxıstan paytaxtı Nur-Sultandakı danışıqlarının 14-cü görüşündə sonra yayımlanıb.