

Təmirlə bağlı Azadlıq meydanının qarşısında hərəkət məhdudlaşdırılacaq
Qazaxıstan Prezidenti: Astana və Bakı birgə müəssisələrin yaradılmasında maraqlıdır
Qazaxıstan taxılının Azərbaycandan keçməklə Ermənistana hansı marşrutla aparılacağı məlum olub
Taraz və Qazax şəhərləri arasında qardaşlaşma münasibətləri qurulub
Rusiya hakimiyyətinin Türkiyəyə münasibətdə uzunmüddətli strategiyası yoxdur. Bu sözləri açıqlamasında Belarus politoloqu Mixail Malaş deyib. “Türkiyənin də eyni problemi var. Buna görə də tərəflər bir-birinə situativ reaksiya verirlər. Ərdoğanın səfəri ərəfəsidə Rusiya mediasının Kremlə zidd mövqeyi böyük ehtimalla Rusiya hakimiyyəti üçün xarici siyasət sferasında informasiya bəhanəsi mənbəsinin yaradılmasına hesablanıb. Kreml hesab edir ki, o, istənilən qələbəni, hətta məğlubiyyəti belə media ilə yönəldə bilər, amma təbliğat artıq özünün uğursuzluğunu göstərməyə başlayır”, – deyə o bildirib.
Belarus politoloqu Rusiyanın Türkiyəyə münasibətdə siyasətinin davamsız və ziddiyyətli olduğunu deyib: “Rusiyanın Suriya konfliktinə qoşulması onu Türkiyədən güclü şəkildə asılı etdi. Belə ki, Suriya ərazisində Moskvanın nəqliyyat əlaqə imkanları yox idi. Təbii ki, Rusiya Türkiyəni indiki halda bir daha qıcıqlandırmaqda maraqlı deyil”.
Ekspert Moskvanın bütün vasitələrlə Türkiyə ordusu ilə toqquşmalardan qaçmağa çalışdığını vurğulayıb. Ərdoğanla Putinin martın 5-də baş tutacaq görüşünə nəzər yetirən politoloq hazırkı situasiyada Moskvanın bütün vasitələrlə simasını qorumağa çalışacağını deyib: “Mövqelərin verilməsi onun üçün qəbuledilməzdir. Kompromis üçün vasitələrdən biri “Cənub axını” ilə ötürülən qazın tarifində güzəşt ola bilər”.