Çin ABŞ-a yardım göndərdi: Tramp tənqid edildi Dünya

Çin ABŞ-a yardım göndərdi: Tramp tənqid edildi

Çin ABŞ-a yeni tip koronavirus pandemiyası (COVİD-19) ilə mübarizə üçün tibbi ləvazimatlar göndərib.
Ləvazimatları gətirən təyyarənin artıq Nyu-Yorka endiyi açıqlanıb.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın koronanı “Çin virusu” adlandırdıqdan sonra Pekindən tibbi ləvazimat istəməsi müzakirələrə səbəb olub.
Qeyd edək ki, Çin ABŞ-a 130 min N 95 maskası, 1,8 milyon əməliyyat maskası, 70 min termometr və 10 milyondan artıq tibbi əlcək göndərib.