
Rəsmi Vaşinqton Gürcüstanın NATO-ya üzv olmaq səylərini dəstəkləyir və əvvəlki kimi ölkənin ərazi bütövlüyünü tanıyır.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın prezidentİ Barak Obama və vitse-prezident Cozef Bayden Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşdə bəyan ediblər.
Obamanın Baydenlə Qaribaşvili arasında keçirilən danışıqlara qoşulduğu bildirilir. ABŞ rəhbərləri gürcü xalqının Avroatlantik məkanına inteqrasiya səylərini dəstəkləyərək Gürcüstana siyasi, iqtisadi və təhlükəsizlik sahələrində islahatların aparılmasında davamlı olaraq yardım göstərəcəklərini bildiriblər.