13 May 23:30
7 Avqust 2020 16:09
4 515
Türkiyə kəşfiyyatı Beyrut limanındakı partlayışın səbəbini araşdırır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofyada cümə namazından sonra jurnalistlərinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı hər hansı dəqiq məlumat əldə edilməyib.
“Beyrutdakı partlayışın miqyası çox böyükdür. Bu, həqiqətən çox böyük fəlakətdir. Türkiyə bu məsələdə Livanı tək qoymayacaq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğan Yunanıstanla Misir arasında Şərqi Aralıq dənizi ilə bağlı imzalanan müqaviləyə də münasibət bildirib. O qeyd edib ki, bu müqavilənin Türkiyə üçün heç bir əhəmiyyəti yoxdur.
Ərdoğan vurğulayıb ki, Yunanıstan müttəfiq olaraq verilən vədlərə əməl etmədiyi üçün “Barbaros Xeyrəddin” gəmisi Şərqi Aralıq dənizində yenidən araşdırma fəaliyyətinə başlayıb.
13 May 23:52
637
13 May 23:21
672
13 May 23:19
679