Paşinyan: Rusiyada yaşayan soydaşlarımızın əksəriyyəti bizim lehimizə səs verəcək
Məhkəmə “Krokus”da terror aktı törətmiş 4 nəfəri ömürlük həbs cəzasına məhkum edib
Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanacağına şübhəsi yoxdur
Paşinyan: Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir
10 Avqust 2020 15:37
2 807
Rusiyada Moskvanın Taqanka rayon məhkəməsi “Google” LLC şirkətini axtarış sistemləri ilə bağlı qanunvericiliyi təkrar pozduğu üçün 20 min dollardan çox məbləğdə cərimələyib.
Məhkəmənin qərarına əsasən “Google” axtarış sistemi Rusiya ərazisində fəaliyyəti məhdudlaşdırılmış saytlar barədə nəticələri qadağaya baxmayaraq istifadəçilərə təqdim edib.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında Rusiyada qüvvəyə minən qanuna əsasən axtarış sistemləri ölkə ərazisində qadağan olunmuş informasiyanı filtrləməli və axtarış nəticəsi olaraq təqdim etməməlidir. “Google” bu reyestrə qatılmaqdan imtina edib.