İspaniyada reperin həbsinə görə keçirilən etiraz aksiyalarında 48 nəfər saxlanılıb - FOTO Dünya

İspaniyada reperin həbsinə görə keçirilən etiraz aksiyalarında 48 nəfər saxlanılıb - FOTO

İspaniyada terroru təbliğ etməkdə və monarxa qarşı təhqiramiz ifadələr işlətməkdə günahlandırılan reper Pablo Aselin həbsinə qarşı etiraz mintinqlərində 48 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə "El Periodico" qəzeti məlumat yayıb.

Bildirilib ki, etiraz aksiyaları Barselona və Madridin mərkəzində, eləcə də Kataloniyada, Qranada əyalətlərində keçirilib.

Xatırladaq ki, Asel 2015-ci ildə ifalarında terrorizmi təbliğ etdiyinə görə 2 il şərti cəza alıb, lakin 2018-ci ildə yenidən cəzalandırılıb.

O, 9 ay həbs cəzasına məhkum edilsə də, məhkəmə prosesi bir neçə il uzanıb.

Fevralın 12-də həbsxanaya könüllü getməli idi, lakin imtina edib və bazar ertəsi, təxminən 50 nəfər tərəfdarı ilə etiraz aksiyasına başlayıb.

***

01:03

Madridin mərkəzində həbs edilən reper Pablo Aselə dəstək məqsədilə keçirilən etiraz aksiyasında polislə qarşıdurma baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, polis dəyənək, rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.

Əvvəlcə bir neçə yüz nəfər musiqiçinin sərbəst buraxılmasını tələb edən şüarlar səsləndirib, sonra isə yol nişanlarını çıxartmağa və zibil qutularını aşmağa başlayıblar.

Musiqiçiyə dəstək mitinqi ölkənin digər şəhərlərində də keçirilib. Bir gün əvvəl baş verən etiraz aksiyalarında 10 nəfər yaralanıb, 18 nəfər saxlanılıb.

Qeyd edək ki, Asel 2015-ci ildə ifalarında terrorizmi təbliğ etdiyinə görə 2 il şərti cəza alıb, lakin 2018-ci ildə yenidən cəzalandırılıb.

O, 9 ay həbs cəzasına məhkum edilsə də, məhkəmə prosesi bir neçə il uzanıb.

Fevralın 12-də həbsxanaya könüllü getməli idi, lakin imtina edib və bazar ertəsi, təxminən 50 nəfər tərəfdarı ilə birlikdə barrikada qurub.

Rejissor Pedro Almodovar və aktyor Javier Bardem daxil olmaqla, yüzlərlə məşhur mədəniyyət xadimi onu dəstəkləyən sənədə imza atıb.

Xatırladaq ki, İspaniya hökuməti keçən həftə söz azadlığı cinayətlərinə görə cəzanı yalnız şiddətli davranış nümayiş etdirən və ya hərəkətləri ictimai təhlükə yaradanlara tətbiq ediləcək şəkildə yenidən nəzərdən keçirməyi planlaşdırdığını açıqlayıb.