PAGİDA və İŞİD-in Avropa islamofobiyası üçün vəzifəsi Dünya

PAGİDA və İŞİD-in Avropa islamofobiyası üçün vəzifəsi

2010-cı ilin istatistik raportuna əsasən Türkiyəni çıxmaqla Avropada 44 miliyon nəfər müsəlman yaşayırdı. Müsəlmanların bu yaşıl qitədəki artım tempi digər dinlərin artım tempilə müqayisədə iki bərabərdir. Qərbin bir çox informasiya vasitələri Avropa vətəndaşlarının müsəlmanların bu qitəyə miqrasiyasını himayə etməsi və mənsub olduqları dövlətlərin ayrıseçkilik siyasətinə müxalif olduqları xəbərlərini senzura edirdilərsə, son həftələrdə qərbdə anti-islam və islamofobiyaya etirazın intensiv artdığına görə BBC, Amerika əl-Cəzirəsi, CNN, HAARETS, Hafinqton Post və b. agentliklər bu nümayışləri qismən ehtiva etmək məcburiyyətində qaldılar. Bir çox ekspertlərin fikrincə PAGİDA kimi ekstremist qrupların yaranması Avropa ölkələrində, o cümlədən Almaniyada yoxsulluq və sərvətin ədalətli paylanmamasından irəli gəlir. Belə çıxır ki, bu kimi anti-islam qruplaşmaların məqsədi miqrantları öldürmək, xüsusilə müsəlmanlara qarşı kobud davranış dövlətə təzyiq göstərmək vasitəsidir ki, öz məqsədlərinə yetişsinlər. Digər tərəfdən də Asiya qitəsinin qərb məntəqəsində sələfi-təkfirçi terrorçuluq (Amerika, İsrail və onların kualisiyaları tərəfindən dəstəklənirlər), Suriya və İraq vətəndaşlarının başını kəsmək və bədənlərini parçalamaq dünya ictimaiyyəti və xüsusilə avropalılarda islam haqqında yanlış bir konsepsiya yaratmışdır. Almaniya təhlükəsizlik qurumlayrı elan etmişlər ki, böyük ehtimala görə İŞİD-ə qoşulmaq üçün İraq və Suriyaya gedən gənclərin sayı 2015-ci ildə çoxalacaqdır. Lakin bütün bu planlı təşəbbüslər islam dini təlimlərinin Avropa və dünyanın digər qitələrində alqışlanılmasının qarşısını ala bilməmişdir. 2010-cı ilin istatistik raportuna əsasən Türkiyəni çıxmaqla Avropada 44 miliyon nəfər müsəlman yaşayırdı. Hazırda islam Avropanın nüfus baxımından ikinci dinidir və 2030-cu ildə dünyanın dörddə birindən çoxunun müsəlman olacağı praqnozlaşdırılır.