“Rusiya olmasaydı....” Dünya

“Rusiya olmasaydı....”

Modest Kolerovdan ermənilərə sillə kimi açıqlama

"Ermənilər unutmamalıdırlar ki, əgər Rusiya olmasaydı, onları öz qonşularından heç kim qorumazdı". Bu açıqlama ilə daima Kremlə və ermənilərə yaxınlığı ilə seçilən Modest Kolerov çıxış edib.
O, Ermənistanda Rusiyaya qarşı olan mitinqlərə sadəcə tarixi xatırlatmaqla cavab verib:
"18-ci əsrdəki böyük rus döyüşçüləri ilə məmurları sayəsində onlar artıq dövlət və paytaxta sahibdirlər. Onlar Suriya çöllərində yaşaya-yaşaya üzüm yarpaqlarına qiymə doldurub bükə bilməzdilər. Belə ki, orada nə üzümü, nə də qiyməni bilirdilər. Bunun əvəzində isə çörək bişirmək üçün yanacaq kimi istifadə edilə bilinəcək dəvə peyini bol idi. Deputat Jirinovski havayı yerdən ermənilərə deməmişdi ki, rus qazı ermənilərin xoşuna gəlmirsə, qoy onda gedib peyin yandırsınlar. 70-ci illərdə ermənilər İrəvanın tarixindən müsəlman keçmişini silmək üçün Sərdar sarayını dağıtdılar. Bir xalqın tarixini ədəbiyyat nümunələri müəyyən edir, amma ermənilərdə bu sadəcə olaraq yoxdur. Öz mətbəxlərini isə tamamilə türk və azərbaycanlılardan götürərək, hətta adlarını dəyişməyərək lülə-kabab, basdırma, bozbaş, dolma, kabab, düşbərə, piti kimi eyni saxlayıblar. Tarixi sənədlərdən göründüyü kimi, İrəvanın sadəcə 500 yaşı var və o, 1918-ci ildə məhz Rusiyanın köməkliyi ilə Ermənistanın paytaxtı olub. Buna qədər isə həmin ərazi İrəvan xanlığının mərkəzi idi. Tarix isə hələ də heç bir erməni imperiyası tanımır və əgər 1918-ci ilə qədər Qafqazda erməni dövləti olubsa, o zaman onun hara itməsindən tarixçilər indiyə qədər baş çıxara bilmir. Onlar 19-cu əsrdə meydana çıxan Xaçatur Abovyana qədər heç bir yazıçıya sahib deyildilər. Yüzillər ərzində xalqı idarə edənlər onun başına soxurlar ki, biz ən qədim və ağıllıyıq, amma özləri Ermənistandan qaçaraq sərhədlərini ruslardan qorumağı xahiş edirlər.
Rusiyada əlyazmalar yanmır. Bunu ermənilərə daima xatırlatmaq lazımdır ki, dünyanı özlərinə güldürməsinlər".