Rusiyanın Xəzər dənizi üzrə Beynəlxalq işçi qrupunda nümayəndəsi dəyişib Dünya

Rusiyanın Xəzər dənizi üzrə Beynəlxalq işçi qrupunda nümayəndəsi dəyişib

Prezident Vladimir Putin Rusiyanın Xəzər dənizi üzrə Beynəlxalq işçi qrupunda yeni nümayəndəsinin təyin olunması haqqında Fərman imzalayıb.

APA-nın məlumatına görə, bu vəzifəyə Petrakov Mixail İvanoviç təyin olunub.

Həmin Fərmanla İqor Bratçikov Rusiyanın Xəzər dənizi üzrə Beynəlxalq işçi qrupunda nümayəndəsi vəzifəsindən azad edilib.