Perm Universitetində tələbələri öldürən şəxsin vəziyyəti yaxşılaşıb Dünya

Perm Universitetində tələbələri öldürən şəxsin vəziyyəti yaxşılaşıb

Perm Universitetində 6 nəfəri öldürən, 47 nəfəri yaralayan Timur Bekmansurovun vəziyyəti yaxşılaşıb.

"Xalq Cəbhəsi" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə regional Səhiyyə Nazirliyinin rəhbəri Anastasiya Kruten bildirib.
Onun sözlərinə görə, tələbəyə "reanimasiyada olan ağır xəstələr üçün bütün qayğı standartı" verilib.
Xatırladaq ki, Perm Dövlət Milli Araşdırma Universitetində atışma sentyabrın 20 -də səhər saatlarında baş verib. Tələbələrdən biri Timur Bekmansurov binaya atəş açaraq 6 nəfəri öldürüb, 47 nəfəri yaralayıb.
Təcavüzkar həbs olunmağa müqavimət göstərərkən, ağır yaralanıb. Yol polisi əməkdaşları Konstantin Kalinin və Vladimir Makarov təcavüzkarı zərərsizləşdirə biliblər.
Cinayət işi "İki və ya daha çox adam öldürmə" maddəsi ilə araşdırılır, şübhəlini 8 ildən 20 ilədək həbs və ya ömürlük həbs cəzası gözləyir.

Cavid