Pərviz Şahbazov: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji məzmun qazanıb İqtisadiyyat

Pərviz Şahbazov: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji məzmun qazanıb

"Azərbaycan-Türkiyə münasibətlərində enerji əməkdaşlığı güclü strateji məzmun qazanıb".

“APA-Economics” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, birgə enerji layihələri Azərbaycan-Türkiyə tərəfdaşlığının mühüm strateji istiqamətlərini və geniş coğrafiyasını nümayiş etdirir.

Onun sözlərinə görə, SOCAR-Türkiyə, İstanbul hava limanlarında yanacaq doldurma xidmətləri göstərən şirkətlər və digər layihələr enerji əməkdaşlığının mühüm istiqamətlərindəndir.

Qeyd olunub ki, Türkiyədə yeni neft-kimya güclərinin yaradılması, eləcə də enerji sahəsində yeni layihələrin həyata keçirilməsi iqtisadi əlaqələri genişləndirərək iki ölkə arasında enerji inteqrasiyasını daha da möhkəmləndirir.