14:47
280
Hazırda sülhə doğru gedən bu mühüm prosesdə Azərbaycan hökumətinə, ölkənizə və xalqınıza ən yaxşı şəkildə necə dəstək ola biləcəyimiz barədə çoxlu müzakirələr aparılır.
APA xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Əlbəttə, sülh prosesi tərəflərin rəhbərliyi ilə həyata keçirilir və biz buna tam hörmətlə yanaşırıq. Lakin biz hər iki hökumətə və hər iki ölkəyə çox praktiki fəaliyyətlərin həyata keçirilməsində dəstək vermək üçün tərəfdaş olmağa tam hazırıq. Xüsusilə bu regionda hesab edirəm ki, biz minatəmizləmə sahəsində mühüm tərəfdaş olmuşuq. Bu iş, əlbəttə, insanların təhlükəsiz şəkildə öz evlərinə qayıda bilməsi üçün əlverişli mühit yaradır”, - Qrono qeyd edib.
O, geniş spektrli məsələlər üzrə həllini tapmalı olan çoxsaylı problemlərin olduğunu deyib.
“Bunlara münaqişənin yaratdığı mirasla bağlı məsələlər də daxildir. Əlbəttə, istənilən münaqişə şəraitində mədəni və tarixi irslə bağlı məsələlər də gələcəkdə davamlı sülhün təmin olunmasının tərkib hissəsidir”,- Aİ-nin xüsusi nümayəndəsi bildirib.
14:46
287
12:56
602
12:55
518