Bayraktar: SOCAR-la TPAO “Şəfəq-Asiman” və “Qarabağ” yataqları üzrə əməkdaşlığı genişləndirəcək
Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır
Alparslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır
Nazir: “TANAP-ın elektrik versiyası” Azərbaycanı Bolqarıstanla birləşdirəcək
Baba Rzayev: Cəbrayıl-Ağbənd 330 kV-luq elektrik xəttinin tikintisi başa çatmaq üzrədir
14:06
245
Dünyada enerji ətrafında cəmləşən böhranların dərinləşməsi beynəlxalq enerji əməkdaşlığını əvvəlkindən daha vacib edib.
“APA-Economics” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunun yekunlarına dair çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, dünya son illərdə bir-birinin ardınca ciddi böhranlarla üzləşib.
“Pandemiya ilə başlayan proses, Rusiya-Ukrayna müharibəsi və indi Hörmüz böhranı ilə davam edən ABŞ-İran qarşıdurması yeni dövrün bir növ böhranlar və münaqişələr dünyasına çevrildiyini göstərir”, – Bayraktar deyib.
Onun sözlərinə görə, belə şəraitdə beynəlxalq əməkdaşlıq, xüsusilə də enerji sahəsində etibarlı tərəfdaşlıqlar əvvəlkindən daha böyük əhəmiyyət daşıyır.
Bayraktar bildirib ki, Azərbaycan və Türkiyə arasında enerji sahəsində formalaşmış əməkdaşlıq bu baxımdan nümunəvi xarakter daşıyır və Azərbaycan-Türkiyə Enerji Forumu həmin əməkdaşlığın institusional platformasına çevrilib.
Nazir əlavə edib ki, iki ölkənin neft və qaz sahəsindəki əməkdaşlığı davam etsə də, son illərdə bu tərəfdaşlıq daha çox elektrik enerjisi və bağlantı layihələri istiqamətində genişlənir.
14:07
252
14:06
245
14:06
245