18:05
329
İran hakimiyyəti Fars və Oman körfəzləri ölkələrinin xarici işlər nazirləri səviyyəsində bazar ertəsi Omanda keçiriləcək görüşündə iştirak etməyi planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Bəqai məlumat verib.
"Bazar ertəsi Omanda İran, İraq və digər sahilyanı ölkələrin iştirakı ilə Fars və Oman körfəzləri ölkələrinin görüşü baş tutacaq. Regional məsələlərlə yanaşı, Hörmüz boğazında kommersiya gəmiçiliyi üçün təhlükəsiz marşrutların müəyyən edilməsinə dair İran-Oman danışıqlarının nəticələri də müzakirə olunacaq", — deyə IRNA agentliyi onun sözlərini sitat gətirir.
Bəqai Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsünü bu istiqamətdə mühüm hadisə adlandırıb və ümidvar olduğunu bildirib ki, bu tədbir region ölkələri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə yol açacaq və ümumi regional təhlükəsizliyin gücləndirilməsinə kömək edəcək.
Məryəm Quliyeva