Körfəz ölkələri və İran Omanda Hörmüzlə bağlı sövdələşməni müzakirə edəcəklər
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilk dəfə azad edilmiş ərazilərə səfər edib
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
İran və Pakistan Yaxın Şərq üzrə danışıqlara qayıdışı müzakirə ediblər
11:31
224
Fars körfəzi ölkələri və İranın xarici işlər nazirləri Hörmüz boğazı vasitəsilə gəmiçiliyin müvəqqəti tənzimlənməsinə dair sövdələşməni müzakirə etmək üçün sentyabrın 14-də Omanın Səlalə şəhərində görüşməyi planlaşdırırlar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, görüş boğazda gərginliyi azaltmaq və dəniz hərəkətini bərpa etmək məqsədilə "Oman və İranın su arteriyasından gəmiçiliyin müvəqqəti tənzimlənməsi haqqında sazişə dəstək qazanmaq cəhdləri çərçivəsində" keçirilir. Omanın təşəbbüsü ilə baş tutan bu danışıqlar Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) daxil olan altı ölkə və İranın yüksək səviyyəli diplomatlarının ABŞ və İsrailin fevralın 28-də islam respublikasına qarşı müharibəsi başlayandan bəri "ilk görüşü" olacaq.
KƏŞ-nin tərkibinə Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı daxildir. Mənbələrdən birinin sözlərinə görə, təfərrüatlar hələ razılaşdırılmayıb, lakin bir sıra dövlətlər görüşdə iştirak edəcəklərini artıq təsdiqləyiblər.
İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalamışdılar. Lakin iyulun 8-nə keçən gecə ABŞ, İranı Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham edərək islam respublikasına qarşı miqyaslı zərbələri bərpa edib.
Məryəm Quliyeva