18:11
315.jpg)
Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen krallıq, Qrenlandiya və ABŞ arasında sazişin əldə edilməsi imkanlarına dair "ehtiyatlı nikbin" hiss etdiyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Xarici Siyasət Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib və yanvar ayında başlayan üçtərəfli işçi qrupunun danışıqları barədə şura üzvlərinə məlumat verib.
"Bu, bir prosesdir və mən buna nail ola biləcəyimizə ehtiyatla nikbin yanaşıram. Saziş imzalanana qədər bizdə yekun sənəd olmayacaq, lakin bu dialoqun mövcudluğu müsbət haldır. Nəticə etibarilə son qərarı vermək səlahiyyətinə malik olan ABŞ prezidentinin belə bir sazişi təsdiqləməli olacağını bilmək mənə müəyyən ümid verir", — deyə Lökke Rasmussen vurğulayıb. O addımca əlavə edib ki, yekun razılaşma "Qrenlandiya və Danimarkanın "qırmızı xətləri" nəzərə alınmaqla, Amerikanın təhlükəsizlik sahəsindəki qanuni maraqlarına cavab verməlidir".
Bununla belə, nazir işçi qrupunda sazişin razılaşdırılması müddəti ilə bağlı "qəti şəkildə yeni heç nə" deyə bilməyəcəyini qeyd edib. İyun ayında o, həll yolunun ilin sonunadək tapılacağını və qrupun daha bir neçə görüş keçirməsinin vacibliyini bildirmişdi.
Məryəm Quliyeva