Britaniyada koronavirusa 44 minə yaxın yeni yoluxma halı qeydə alınıb Dünya

Britaniyada koronavirusa 44 minə yaxın yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 39 842 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 8 936 155 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 165 nəfər, hazırkı dövrədək isə 140 206 nəfər vəfat edib.