Ermənistandan siyasi iradə gözləyirik - Bayramov
5 Dekabr 19:46
Bölgənin geosiyasi vəziyyəti tamamilə dəyişibdir. Artıq fərqli siyasət xətti getməkdədir. Cənubi Qafqazda həm Aİ-nin, həm də Rusiyanın maraqları toqquşur. Qarabağ münaqişəsi artıq tarix səhifələrinə qarışdı. Azərbaycan hadisələrin episentrində fərqli situasiya yaratdı. İndi bölgə üçün prioritet məqsəd əməkdaşlıqdır.
Bunu "Xalq Cəbhəsi"nə siyasi ekspert Elman Vəliyev bildirib.
Prezident İlham Əliyev, Nikol Paşinyan, Emmanuel Makron, Şarl Mişelin video konfrans görüşündə "Dağlıq Qarabağ" mövzusu müzakirə predimeti olmadı: "Ümumiyyətlə, son görüşlərdə, konfranslarda "Dağlıq Qarabağ" münaqişəsi müzakirə edilmir. Bu da münaqişənin bitdiyinin, Azərbaycanın qalibiyyətin tanınmasının göstəricisidir.
Görüşün istiqaməti əməkdaşlığa yönəlmişdi. Makron artıq reallıqla barışıb. Yaxşı bilir ki, hadisələrin yeni fazası mövcuddur. Fransa həmsədr kimi çox önəmli aktor ola bilmədi. Lakin Aİ regionda maraqlarını həyata keçirməyə səy göstərir. Görüşdə iki tərəf arasında sülh sazişinin imzalanmasının əhəmiyyəti vurğulandı. 14 dekabrda Belçikanın paytaxtı Brüsseldə üçtərəfli - İlham Əliyev, Nikol Paşinyan, Şarl Mişel görüş baş tutmuşdu. Bu görüşdə iki tərəf arasında dəmir yollarının açılması, diplomatik danışıqların davam etdirilməsi barədə razılıq əldə edilmişdi. Brüssel görüşündən əvvəl Soçidə İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasında görüş oldu. Bu görüşdə bəyanat imzalanmışdı. Bəyanatın preambulasını münaqişə tərəflərinin 10 noyabr bəyanatının müddəalarının yerinə yetirilməsi təşkil edirdi. Artıq məsələlərin " B" planı həyata keçirilir. Yəni icraat proseslərinə başlanılıb.
Tərəflər arasında yaxın bir zamanda sülh sazişi imzalancaq, delimitasiya və demarkasiyası problemləri həll ediləcək, kommunikasiya sistemləri bərpa ediləcək. Hesab edirəm ki, 2022-ci ilin sonlarına kimi bu mühüm əhəmiyyət kəsb edən məsələrin icratı üçün önəmli addımlar atılacaq, bir neçə hissəsi nizamlanacaq".
Politoloq onu da bildirib ki, Aİ Azərbaycanı yaxşı bir tərəfdaş kimi görməkdədir. Rusiyanın qaz təhdidindən sonra Aİ Azərbaycandan qaz idxalının artırılacağını bəyan elədi. Azərbaycan 2001-ci ilin 25 yanvarında Avropa Şurasına üzv olduqdan sonra iki tərəf arasında əməkdaşlıq intensiv xarakter daşıyır: "Azərbaycan TANAP və TAP nəqliyyatları vasitəsilə Avropaya bir xeyli eneji ixrac edir. Azərbaycanın qaz ehtiyatları 3 trilyon kubmetrə yaxındır. Avropanın enrji cəhətdən Azərbaycandan müəyyən qədər asılı olması Azərbaycanın beynəlxalq arenada imicinin yüksək olmasına təkan verir. Həmçinin Aİ Azərbaycana 2 milyard avro dəyərində yardım paketi ayıracağını, Qarabağda yenidənqurma işlərində aktiv iştirak edəcəyini bildirdi. Azərbaycan üçün bundan sonra əsas beynəlxalq əməkdaşlıq, iqtisadi gücünün artırılmasıdır".
Cavid